Əməkdar artist Baloğlan Əşrəfovun konserti keçiriləcək.
Lent.az-ın məlumatına görə, ifaçı 8 sentyabr tarixində Yaşıl Teatrda "Mən də varam dünyada" adlı solo konsertlə çıxış edəcək.
Əməkdar Artist 3 saat boyunca öz ansambılı ilə sevilən mahnıları ilə bərabər, yeni mahnılarını da ifa edəcək.
Ənənəsinə sadiq qalaraq, Baloğlan Əşrəfov bütün mahnılarını canlı ifa edəck.
Konsertin bilet qiymətləri 10-60 AZN arasındadır.