Türkiyədə yaşayan müğənni Azəri Günel nə zaman ailə quracağı barədə ona ünvanlanan suallardan təngə gəldiyini söyləyib. Lent. az-a açıqlama verən müğənni bildirib ki, o şəxsi həyatının müzakirəyə qoyulmasını istəmir: “Bir çoxları mediada yazır ki, Günel toyu təxirə saldı. O birisi yazır ki, toy etməyə pulları çatmır. Bir ayrısı yazır ki, səbəb başqadır. Bunlar nəyə lazımdır? Bu, mənə pis təsir edir. Mən sevmirəm şəxsi həyatıma kimsə müdaxilə etsin. Bu cür şayiələr həqiqətən adamı yorur” – deyə müğənni əlavə edib.
Qeyd edək ki, Azəri Günel 2011-ci il iyulun 24-də, türk iş adamı İnanc Başəyməzlə nişanlanıb. O, Günellə Türkiyədə orta məktəbdə bir yerdə oxuyub.