"Yeni ulduz-7" mahnı müsabiqəsinin yadda qalan iştirakçılarından Habil Əhmədov "Dön" adlı mahnısına çəkdirdiyi klipin təqdimetmə mərasimini keçirib.
Lent.az-ın məlumatına görə, mahnını söz və musiqisi Tural Cavadova məxsusdur.
Qeyd edək ki, mahının sözləri Türkiyə türkcəsindədir.
Klipin aranjımaçısı Fərid Ağa, quruluşu rejissoru isə "Deli" təxəllüslü Caviddir.
Məlumat üçün bildirək ki, bu klip uzun fasilədən sonra Habilin sənətə qayıdışında ərsəyə gətirdiyi ilk işidir.
Lent.az-a açıqlamasında müğənni klipin ərsəyə gəlməsindən və uzun fasilədən sonra sənətə qayıdışından söz açdı: “ Ailəmizdə itki yaşandığı üçün 2 il sənətdən uzaq düşdüm. Amma yenidən özümdə güc tapıb, bütün diqqətimi sənətimə ayırmağı bacardım. Güman edirəm ki, bu işim qayıdışıma bir təkan olacaq. Bu gün mənim bu tədbirimə gələn media işçiləri və müğənnilər mənə ən yaxın olan insanlardır. Gəldikləri üçün hər zaman var olsunlar ".
Qeyd edək ki, təqdimata müğənni Eldəniz Məmmədov, Xatun, Günay İbrahimli, prodüser Təranə Səmədova və yaxınları iştirak edib.