
Azərbaycan bunu “Eurovision”da ilk dəfə edəcək
Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsinnin start götürməsinə sayılı günlər qalıb. Lent.az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə həftə bundan əvvəl təmsilçimiz Aysel Məmmədovanın (Aisel) Rusiyanın xalq artisti Filipp Kirkorovun sahib olduğu “Dream Team” adlı komandası ilə çalışdığı öz təsdiqini tapıb.
Komandaya İlias Kokotos və Dimitris Kontopoulos daxildir və Aiselin klip çəkilişləri Yunanıstandan davam edir. Bundan əlavə, sənətçinin Avropa səhnəsində oxuyacağı mahnının həm ingilis, həm də Azərbaycan dilində olacağı məlum olub.
Bununla da, Azərbaycanın “Eurovision” tarixində bir ilkə imza atacaq. Çünki, bundan əvvəl bütün iştirakçılar müsabiqədə bir dildə (ingilis) mahnı ifa edib.
“Eurovision” mahnımızın bəstəkarı Dimitris Kontopoulosdur. Bundan başqa, hər kəsin bəstəkar kimi tanıdığı İlias Kokotos isə Ayselin xoreoqrafı olacaq.
Bu məqamda bildirək ki, “Eurovision 2016”da Rusiya təmsilçisi Sergey Lazerevin səhnə şousunun xoreoqrafiyası məhz ona məxsusdur.
Dimitrisin isə “Eurovision” tarixi zəngindir. O, beynəlxalq müsabiqələrdə iştirak edən bir çox ulduzlarla çalışıb.
Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.
Qeyd edək ki, “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, “Amar pelos dois” mahnısı ilə 758 xal toplayaraq, müsabiqənin qalibi adını qazanıb.
Oxşar yazılar

Rusiyada Hüseyn Həsənovun şirkəti ləğv edildi
21 avqust 2025 , 03:53
Eda Taşpınar sevgilisi ilə DODAQ-DODAĞA
20 avqust 2025 , 14:47
“Eurovision 2026” bu ölkədə keçiriləcək
20 avqust 2025 , 10:48
80 yaşından sonra eşq axtarır… “Elvis Presleyin dul arvadı”
20 avqust 2025 , 10:37
Arvadına görə anasına üz döndərən Özcan Deniz yenə GÜNDƏMDƏ
19 avqust 2025 , 15:54
Leonardo Di Kapriodan şəxsi həyat və yaşı barədə ETİRAFLAR
19 avqust 2025 , 12:59
Cennifer Aniston ildırım sürətilə nişanlanır
19 avqust 2025 , 11:46