Aygünlə Namiq eyni təyyarədə, eyni şəhərdə, eyni səhnədə - VİDEO
Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlu ilə yenidən eyni səhnəni bölüşüb.
Lent.az axşam.az-a istinadən xəbər verir ki, sənətçilər bu dəfədə də Moskvada toy məclisində görüşüblər. Onlar birlikdə "Bəri gəl" mahnısını səsləndiriblər.
Aygün və Namiq Rusiyada eyni təyyarədə uçublar. Onlar bir-birindən ayrı yerlərdə oturublar. Səhnədə isə müğənnilərin mehriban münasibəti diqqət çəkib.
Qeyd edək ki, A.Kazımova və N.Qaraçuxurlu illər əvvəl həm duet ortağı, həm də sevgili olublar. Onlar daha sonra qalmaqallı şəkildə ayrılıblar. İfaçılar küsülüdür. Yalnız toy məclislərində bir araya gəlirlər.
1114