Aygün Kazımovadan İlhamə Quliyevaya sərt sözlər: “Azərbaycan sənətçisi adına ləkəsiniz”
25 iyun 2013 18:17 (UTC +04:00)

Aygün Kazımovadan İlhamə Quliyevaya sərt sözlər: “Azərbaycan sənətçisi adına ləkəsiniz”

Xalq artisti İlhamə Quliyevanın ötən gün xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşova arasında baş verən qalmaqalla bağlı açıqlamasına cavab çox gecikməyib. Lent.az-ın məlumatına görə, A.Kazımova öz İnstagram səhifəsində İ, Quliyevanın şəkilini paylaşaraq altından bu sözləri qeyd edib: “Azərbaycan qadını, Azərbaycan sənətçisi adına ləkə gətirən yeganə və tək namizəd sizsiniz. İlhamə Quliyeva!!!”. Onun bu sözləri sosial şəbəkədə böyük müzakirələrə səbəb olub.

 

Qeyd edək ki, ötən gün xalq artisti İlhamə Quliyeva Aygün Brlilliant qalmaqalından söz açarkən bu sözləri demişdi: “Özünə hörmət edən sənətçi mənim kimi heç vaxt imkan verməz ki, nə sənəti, nə də fəxri adı aşağılansın. Bu biabırçılığın qarşısı təcili şəkildə alınmalıdır. Bir-iki nəfər cəzalandırılmalıdır ki, başqalarına da dərs olsun. Brilliant Dadaşova deyir ki, “yekə arvaddır, getsin öz işi ilə məşğul olsun”. Guya özü uşaqdır? Ümumuiyyətlə, “yekə arvad” sözünü agıza almaq ayıbdır. Və yaxud Aygün Kazımova, bu nə hərəkətlərdir edir? Axı bu adamların hər ikisinə dövlət ən yüksək fəxri ad verib. Heç olmasa bu ada hörmət eləsinlər. Müğənninin ağzına xiyar almasının, bu görüntünü başqa bir müğənninin yaymasının mənası nədir? Bu nə tərbiyəsizlikdir axı? Belələrindən fəxri ad alınmalıdır ki, digərlərinə də görk olsun. Gör cəzasızlıq hansı vəziyyətə gətirib ki, bu iki insan bir-birlərini bütün cəmiyyətin qarşısında açıq-aşkar şəkildə təhqir edirlər. Dövlət onları yerlərində otuzdurmasa, sabah bundan da betər hərəkətlər görəcəyik. Bu, harınlığın, qudurğanlığın əlamətləridir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4443
avatar

Yalçın UĞUR

Oxşar yazılar