Aygün Kazımova ilə Röyadan qarşılıqlı <span style="color:red;">JESTLƏR
30 mart 2014 12:15 (UTC +04:00)

Aygün Kazımova ilə Röyadan qarşılıqlı JESTLƏR

“ “Kral” mükafatlarına namizədlər sırasında Röyanın da adı var. Mən Röyaya uğurlar arzulayıram. Gördüyümüz işləri cılızlaşdırmayın”. Lent.az-ın gecce.az-a istinadən verdiyi məlumata görə, bunu xalq artisti Aygün Kazımova “İnstagram” hesabında qeyd edib. A.Kazımovanın sözləri Rəhim Rəhimlinin də diqqətindən yayınmayıb. Rəhim hər iki xanımın düşmən olmadığını, "düşmən olsalar, bir-birilərinə qarşı bu cür addımlar atmazdılar" deyə fikir bildirib.

  

Aygün Kazımovanın bu jestini Röya da cavabsız qoymayıb. O, ATV kanalında yayımlanan verilişdə Rəhim Rəhimlinin “Kreml sarayında konsert vermək hər kəsə qismət olmur"  sözlərinə özünəməxsus cavab verib. Bir müddət sonra Kremldə konsert verəcək Röya bunun ondan əvvəl də Kremldə azərbaycanlı müğənninin konsert verdiyini deyib.

 

Qeyd edək ki, Aygün Kazımova bir neçə il əvvəl Kremldə solo konsertlə çıxış edib.

# 1587
avatar

Oxşar yazılar