Müğənni Günel Zeynalova sosial media hesabında ona ünvanan sualları cavablayıb.
Lent.az-ın məlumatına görə, 38 yaşlı müğənni formada necə qalması ilə bağlı sirlərini açıb.
"Doymadan masadan qalx. Az ye. Çörək yemə. Gəzintiyə çıx. Yağlı yemə",- deyə o izləyicilərinə məsləhət verib.
Günel yaşından xeyli gənc görünməsini is belə açıqlayıb: "Həmişə gülmək, xoşbəxt olmaq insanı gənc göstərir deyəsən".