Maradonanın ölümü ilə bağlı YENİ FAKT
02 may 2024 17:33 (UTC +04:00)

Maradonanın ölümü ilə bağlı YENİ FAKT

Argentinalı futbol əfsanəsi Dieqo Maradonanın qəfil ölümü ilə bağlı yeni faktlar ortaya çıxıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yeni tibbi hesabatlar onun ölümünün kokain istifadəsi ilə bağlı ola biləcəyini göstərir.

Bildirilir ki, 2020-ci ilin noyabrında baş verən və Maradonanın ölümünə səbəb olan qəfil infarktın səbəbi “zəhərli maddə” ola bilər. Uzun müddətdir kokain aludəçisi olan Maradona ölümündən iki həftə əvvəl beyin əməliyyatı keçirib.

Maradonanın ölümündən sonra səkkiz həkim və tibb bacısı xəstəyə qulluqda səhlənkarlıq iddiası ilə məhkəməyə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2994
avatar

Arzu Qurbanlı

Oxşar yazılar