Ən bahalı  zeytun yağını   unikal edən nədir?
02 may 2024 17:22 (UTC +04:00)

Ən bahalı zeytun yağını unikal edən nədir?

Düzgün qidalanma sahəsinin mütəxəssisləri dəfələrlə zeytun yağını dünyada sağlamlıq, uzunömürlülük və gözəllik üçün ən faydalı yağ kimi tanıyıblar. Lakin məhsulun bu statusu çox vaxt onun baha olmasına səbəb olur. Bəzən zeytun yağının qiymətləri sözün əsl mənasında bizi daha ucuz analoqlar axtarmağa məcbur edir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, buna görə də, bu kateqoriyada ən bahalı məhsulun dəyərini bilmək maraqlı olacaq.

Onun qiyməti və unikal edən nədir?

Maraqlıdır ki, biz zeytun yağını əsasən öz işinin əsl ustası sayılan italyan istehsalçıları ilə əlaqələndiririk. Ancaq ən bahalı zeytun yağı ispanlar tərəfindən istehsal olunur. Bir şüşə sağlam, yüksək keyfiyyətli məhsul üçün təxminən 130 avro ödəməli olacaqsınız.

Maraqlıdır ki, yaşı min ildən çox olan ağaclardan toplanan zeytun əsas xammal kimi istifadə olunur. Bahasına və əla keyfiyyətinə görə yağı əsasən tanınmış restoranlar alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3201
avatar

Fidan İlqar

Oxşar yazılar