“Crocus City Hall”da baş verən faciədən sonra “Piknik” rok qrupu şoularının qiymətini qaldırıb.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, bundan sonra “Piknik”in çıxıçları təşkilatçılara orta hesabla 3 milyon rubla başa gələcək. Terror hücumundan əvvəl musiqiçilərin şou üçün qonorarı iki-iki milyon yarım təşkil edirdi.
“Piknik”in konsert öncəsi tələbləri dəyişməyib. Musiqiçilərə beşulduzlu oteldə otaqlar, ən yaxşı istehsalçıdan bir şüşə araq, bir neçə butulka pivə, səkkiz sendviç lazımdır. Onlar həmçinin soyunub-geyinmə otağı və peşəkar mühafizə xidməti tələb edirlər.
Qrup üzvlərindən biri qeyd edib ki, terror aktı qrup üzvlərini şoka salsa da, “Piknik” konsert fəaliyyətlərini dayandırmayıb. Hadisədən sonra qrup ən azı səkkiz şəhərdə konsertlər verib.
Xatırladaq ki, martın 22-də “Piknik” qrupunun konsertindən əvvəl dörd silahlı şəxs “Krokus”a basqın edərək, insanlara atəş açıb və binanı yandırıb. Daha sonra hücum edənlər avtomobillə qaçaraq Bryansk vilayətində saxlanılıblar.