Rusiyanın Açinsk şəhərində 22 yaşlı qız narkotik maddələr satmaqda şübhəli bilinərək saxlanılıb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, qızın nişanlısı 2024-cü ilin əvvəlində saxlanılıb və istintaq təcridxanasındadır. Onlar nikahı istintaq təcridxanasında qeydə almağı planlaşdırıblar, lakin qeydiyyata beş gün qalmış gəlin də saxlanılıb.
Qız saxlanılıb və onu 8 ilə qədər həbs gözləyir.