Hafiz Paşayevin əsas missiyası nədir? - ADA universitetinin töhfəsi
02 may 2024 17:55 (UTC +04:00)

Hafiz Paşayevin əsas missiyası nədir? - ADA universitetinin töhfəsi

Mayın 2-də Azərbaycan elminin inkişafında böyük xidmətləri olmuş ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin doğum günüdür.

Lent.az “Bioqrafiya” janrında Hafiz Paşayev barəsəində məlumat verir.

- Hafiz Paşayevin neçə yaşı var?

Hafiz Paşayevin 73 yaşı var.

- Hafiz Paşayev harada və kimin ailəsində dünyaya göz açıb?

Hafiz Paşayev Xalq yazıçısı Mir Cəlal Paşayevin ailəsində dünyaya göz açıb. O, 1941-ci il mayın 2-də  Bakı şəhərində doğulub. 

- Hafiz Paşayev hansı ali təhsili alıb?

Hafiz Paşayev 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini, 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib. 

- Hafiz Paşayev hansı elmi fəalliyyətlə məşğul olub?

Hafiz Paşayev 1964-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. 1971-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub. 1975-1976-ci illərdə İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirib. 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir.

- Hafiz Paşayevin diplomatik fəaliyyəti haqqında nə bilirik?

1993- 2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dəki (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Hafiz Paşayev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 avqust 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib.

- Hafiz Paşayev dövlət tərəfindən hansı mükafatlara layiq görülüb?

O, 2 may 2011-ci ildə Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

2 may 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə, 9 iyul 2019-cu ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 29 aprel 2021-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

- Hafiz Paşayevin fikrinə görə, ADA universitetinin əsas missiyası nədir?

“Biz qarşımızda təhsil, maarif missiyasını qoymuşuq, amma yeni üslubda, yeni səviyyədə. Qazax Seminariyasının məqsədi ibtidai sinif müəllimləri hazırlamaq idisə, bizim məqsədimiz rayon müəllimlərinin səviyyə və keyfiyyətlərini artırmaqdır. Təhsilin idarə edilməsi, təhsilin metodikası sahəsində mütəxəssislərimiz var. Biz hər birimiz öz yerimizdə elə işləyək ki, ümumi işə töhfə olsun. Hər bir işin əsasında təhsil durur. Hamı əsgər olub bilavasitə gedib vuruşa bilməz. Lazım olsa, əlbəttə vuruşar. Hərə öz işində effektiv olmalı, öz işini ləyaqətlə, şəhidlərin vəzifələrini yerinə yetirərkən göstərdikləri ehtirasla görməlidir. Azərbaycanın inkişaf tarixinin ən vacib mərhələsindəyik”- deyə o bir dəfə verdiyi müsahibədə bildirib.

-ADA universitetində Hafiz Paşayevin tövsiyəsi ilə yaradılmış Qazax Mərkəzi hansı məqsədi daşıyır?

Hafiz Paşayev bildirib ki, bu qərara 2018-ci il Cümhuriyyətin 100 iliyi ərəfəsində gəlinib. “Düşündük ki, cavanlara o dövr haqqında məlumat verək, imkan olsa bəzi nəşrlər edək. Təəssüf ki, o dövr haqqında bizim o qədər məlumatımız olmayıb. Biz istədik, bu tarixi yeni üslubda açaq. Mən Şəmistan Nəzərlinin “Qoridən gələn qatar” adlı kitabını oxuduqdan sonra gördüm ki, Qori Seminariyasında böyük mütəfəkkirlər Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Müslüm Maqomayev oxuyub. Bu adları oxuduqda öz-özümə utanırdım ki, bu mütəfəkkirlər haqqında eşitsək də harada oxuduqlarını bilmirdim. Mənim bir üstünlüyüm var idi ki, evdə Mir Cəlal müəllim bizə danışardı. Xüsusən ədəbiyyat xadimləri haqqında məlumatım var idi. Mir Cəlal müəllimin ədəbi məktəblər barəsində doktorluq dissertasiyası var idi. O zamanlar yazıb-yaratmış şəxslər haqqında məlumatı ilk dəfə Mir Cəlal müəllim toplamışdı”- deyə o bildirib

- Hafiz Paşayev ailəlidir?

 Hafiz Paşayev evlidir, iki övladı, dörd nəvəsi var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6837
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar