Qurban Pirimov Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsini icra edəcək.
Lent.az “Bioqrafiya” rubrikasında Qurban Pirimov haqqında məlumat verir.
- Qurban Pirimov kimdir?
Qurban Pirimov Azərbaycan Respublikası Kino Agentliyinin direktor müavini və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktor vəzifəsini icra edən şəxsdir.
- O, “Azərbaycanfilm” kinostudiyasında hansı tarixdən rəhbərlik edir?
Mədəniyyət nazirinin 22 oktyabr 2025-ci il tarixli əmri ilə studiyada direktorun səlahiyyətlərini icra edir.
- Dövlət qurumunda vəzifəyə nə vaxt təyin olunub?
2024-cü ilin iyul ayında Azərbaycan Respublikası Kino Agentliyinə direktor müavini təyin edilib.
- Onun ailə kökü mədəniyyət sahəsi ilə əlaqəlidirmi?
Bəli. O, Azərbaycanın ilk Xalq artisti, görkəmli tarzən Qurban Baxşəli oğlu Pirimovun nəvəsidir.
- Qurban Pirimov harada təhsil alıb?
Bakalavr təhsilini Bakı Dövlət Universitetində alıb. Daha sonra İspaniyada yerləşən EU Business School-da təhsilini davam etdirib.