Çin universitetlərinə qəbul qaydaları dəyişdirildi - YENİLİKLƏR
29 oktyabr 2025 12:04 (UTC +04:00)

Çin universitetlərinə qəbul qaydaları dəyişdirildi - YENİLİKLƏR

0

Çin universitetlərində bakalavr pilləsi üzrə təhsil almaq istəyən tələbələr üçün yeni qəbul qaydası tətbiq olunub. UniDestin Təhsil Mərkəzi bu istiqamətdə Çində təhsil almaq istəyən şəxslərə tam dəstək göstərir.

Çində bakalavr təhsili üçün yeni qəbul qaydası nədən ibarətdir?

Çində təhsil almağı planlayan şəxslər üçün UniDestin Təhsil Mərkəzinin direktoru Nüşabə Xəlilovanın sözlərinə görə, artıq 2026-cı ildən etibarən Çin universitetlərinə müraciət edən xarici tələbələr riyaziyyat fənnindən imtahan verməli olacaqlar: “Bu imtahan Çin dövlətinin rəsmi daxili imtahanı hesab olunur və əcnəbi tələbələr üçün məcburidir. Namizədlər imtahanı həm Çin, həm də ingilis dilində vermək hüququna malikdirlər”.

Riyaziyyat imtahanı ilə yanaşı, başqa tələblər də olacaqmı?

Nüşabə Xəlilova riyaziyyat imtahanı ilə yanaşı, başqa tələblərin də olacağını bildirib: “Universitetlərin tələbinə uyğun olaraq abituriyentlər riyaziyyatla yanaşı fizika və ya kimya fənlərindən də əlavə imtahan verəcəklər. Bu proses ixtisasa uyğun olaraq müəyyənləşdirilir. Məsələn, mühəndislik və texniki ixtisaslar üçün fizika, tibb və biotexnologiya istiqamətləri üçün isə kimya imtahanı daha üstün tutulur”.

İmtahanın keçirilmə formatı və tarixləri

UniDestin Təhsil Mərkəzinin direktoru qeyd edib ki, imtahan online formatda təşkil olunur və nəticələrə əsasən tələbələrə rəsmi sertifikat təqdim edilir. Növbəti imtahanlar 21 dekabr 2025, 25 yanvar və 15 mart 2026-ci il tarixlərində keçiriləcək.

UniDestin Təhsil Mərkəzi bu prosesdə tələbələrə hansı dəstəyi göstərir?

“UniDestin olaraq biz tələbələrə bir neçə istiqamətdə tam dəstək təqdim edirik. Peşəkar müəllimlərlə imtahana hazırlıq proqramları, online sınaq imtahanlarında iştirak imkanı, imtahana qeydiyyat prosesində tam dəstək və Çin universitetlərinə müraciət və qəbulun tam müşayiəti. Biz hər bir tələbə ilə fərdi şəkildə işləyirik. İlk mərhələdə tələbənin müraciət edəcəyi universitet və ixtisas müəyyən olunur. Daha sonra onun istiqamətinə uyğun olaraq hazırlıq proqramına start verilir. Bu yanaşma tələbələrin həm vaxtına qənaət edir, həm də artıq yüklənməsinin qarşısını alır”, - o vurğulayıb.

Bəs yüksək nəticə tələbələrə hansı üstünlüklər qazandırır?

Nüşabə Xəlilova onu da bildirib ki, sözügedən imtahanlardan yüksək nəticə əldə edən tələbələr təqaüd qazanmaq imkanı əldə edirlər: “Yəni yalnız qəbul üçün deyil, həm də maliyyə dəstəyi üçün yüksək bal böyük rol oynayır. Dərslər həm əyani, həm də onlayn formatda keçirilir. Çində təhsil planlayan tələbələrə isə prosesi gecikdirmədən, vaxtında başlamağı tövsiyə edirik”.

Ətraflı məlumat və qeydiyyat üçün UniDestin Təhsil Mərkəzi ilə əlaqə: ‪

+994508364499

+994558480309

Ünvan: AF Business House, 4-cü mərtəbə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar