“Dünyanın 100 ən gözəl qadını” siyahısında 3 türk aktrisa
30 aprel 2024 14:34 (UTC +04:00)

“Dünyanın 100 ən gözəl qadını” siyahısında 3 türk aktrisa

“TC Candler” və “Independent Critics” nəşrləri tərəfindən  hazırlanan “Dünyanın ən gözəl 100 qadını” siyahısına xaricdə pərəstişkarlarının sayı günü-gündən artan 3 türk gözəlinin də adları daxil eedilib. Onların üçü də məşhur aktrisalardır.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ötən il də siyahıda yer alan “ Qızılcıq şərbəti”nin  baş rol oyunçusu Sıla Türkoğlu türk gözəlləri arasında ən yüksək reytinqə malik ad olub.

Ondan sonra siyahıda  aktrisa Özge Yağızın adı çəkilib.

Hande Erçelin adı da  bu il yenidən siyahıya salınıb, lakin o 100 gözəldən ən sonuncusu hesab edilib.


 

# 6948
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar