Ben Afflek Cennifer Lopezin yeni eşqinə  sərt XƏBƏRDARLIQ
10 iyul 2025 10:58 (UTC +04:00)

Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ

İki illik evliliyin ardından yollarını ayıran Ben Afflek və  Cennifer Lopez cütlüyü yenidən gündəmdədir. Lopezin, ingilis aktyor Brett Qoldstein ilə eşq yaşadığı iddiaları mətbuatda geniş müzakirələrə səbəb olub. Bu xəbərlərə qədər səssizliyini qoruyan Ben Afflek, nəhayət münasibət barədə fikrini bildirib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Afflekə yaxın bir mənbə onun belə dediyini bildirib: “Brett yaxşı biri kimi görünür, amma görünür ki, Ceniferin qasırğası onu udmaq üzrədir”.

Bu ifadə, aktyorun keçmiş həyat yoldaşının yeni münasibətinə ironiya və xəbərdarlıq tonu ilə yanaşdığını göstərir.

Məlumata görə, Cennifer Lopez və Brett Qoldstein, çəkiliş meydançasında tanış olub və münasibətləri ekrandan gerçək həyata keçib. “Office Romance” adlı romantik komediyanın çəkilişləri zamanı tanış olan cütlüyün arasında emosional yaxınlıq formalaşıb.

Set əməkdaşı bildirib ki, kameralar işə düşəndə onlar tam peşəkardır, amma çəkiliş fasilələrində aralarında yaxınlıq var. Brett Cenniferə  heyranlıqla yanaşır, o isə bu diqqətdən çox məmnundur.

Afflek və Lopez niyə ayrılmışdı?

2022-ci ildə evlənən və Hollivudun ən çox danışılan cütlüklərindən sayılan Ben Afflek və Cennifer Lopez 2024-cü ildə rəsmi olaraq ayrıldılar. İki məşhurun münasibəti əvvəldən bəri media və fanatların diqqətində olub. Ayrılıq səbəbləri tam açıqlanmasa da, müxtəlif mənbələr onların fərqli həyat tərzləri və təzyiqlərlə üz-üzə qaldıqlarını bildirir.

Yeni münasibət tezliklə rəsmi ola bilər?

Lopezin Qoldstein ilə münasibəti hələ rəsmi təsdiqlənməsə də, cütlüyün çəkilişlərdən kənarda da birlikdə vaxt keçirməsi və yaxınlıqları, bu eşqin qısa zamanda ictimailəşəcəyi ehtimalını artırır.

Ben Afflekin “JLo qasırğası” ifadəsi isə, keçmiş həyat yoldaşının şöhrət və diqqət mərkəzində olmasının yeni münasibətlər üçün nə qədər çətin ola biləcəyinə dair gizli bir xəbərdarlıq kimi dəyərləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1330

Oxşar yazılar