ABŞ məhkəməsi “Meta”nı 25 milyard dollar  cərimələdi
22 oktyabr 2026 03:49 (UTC +04:00)

ABŞ məhkəməsi “Meta”nı 25 milyard dollar cərimələdi

0

ABŞ-ın Nyu-Meksiko ştatında məhkəmə “Meta” korporasiyasının 25 milyard dollar ödəməsi barədə qərar çıxarıb.

Lent.az xəbər verir ki,  “Reuters” agentliyinin məlumatına görə, qərar “Facebook” istifadəçilərinin şəxsi məlumatlarının onların razılığı olmadan toplanması ilə bağlı məhkəmə işi çərçivəsində qəbul edilib.

Məhkəmənin andlılar heyəti şirkətin milyonlarla istifadəçini məlumatların toplanması ilə bağlı yanıltdığı qənaətinə gəlib.

Hakim Frensis Metyu qərarında bildirib ki, “Facebook”un uzun illər ərzində yol verdiyi və ictimaiyyətə dəfələrlə açıqlanan qanun pozuntuları şirkətin əsas biznes təcrübələri ilə birbaşa əlaqəlidir.

Qeyd edək ki, avqustun əvvəlində Nyu-Meksiko ştatının məhkəməsi azyaşlı istifadəçilərin psixi sağlamlığına zərər vurulması ilə bağlı başqa bir iş üzrə “Meta”nın 567 milyon dollar ödəməsi barədə qərar qəbul etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar