Lənkəranda gənc oğlan əmisinin evində özünü asdı
02 may 2024 19:34 (UTC +04:00)

Lənkəranda gənc oğlan əmisinin evində özünü asdı

Lənkəranda intihar hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Şağlaküçə kəndində qeydə alınıb. 32 yaşlı E. Şükürzadə əmisinə məxsus yaşayış olmayan evdə elektrik naqili özünü asaraq, həyatına son qoyub.

Məlumata əsasən, E. Şükürzadə son aylardır gərgin və stresli həyat tərzi keçirib. Onun bu vəziyyətə dözməyərək özünü öldürməsi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3708
avatar

Mehman Nəbiyev

Oxşar yazılar