35 ildir orta məktəb sevgilisi Doroti Hurley ilə evli olan 62 yaşlı məşhur amerikalı rok ulduz Con Bon Covi maraqlı açıqlama verib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, evli ikən çoxlu sayda qadınla eşq yaşadığını etiraf edib.
"Mən rok ulduzuyam, müqəddəs deyiləm. Həyatımda 100-dən çox qadın olub. Etiraf edirəm. Axı mən populyarlığın zirvələrində olmuş Con Bon Coviyəm. Xanımım məktəb yoldaşım olub. O həmişə məni anlayıb və bilib ki, qastrollarda müvəqqəti sevgi romanı yaşanır. Dorotini bir insan kimi çox qiymətləndirir və ona hörmət etməyə çalışıram. Bunların hamısı standart rok ulduzu klişeləridir. Mələk olmaq barədə yalan danışmamalısan, amma ailə həyatını məhv edəcək qədər axmaq olmamalısan" ,- deyə Con bildirib.
25 ildir ki, dünyanın ən böyük rok qruplarından birinin solistiyəm, mən mələk deyiləm və heç vaxt olmamışam. Amma kimisə ailəmi yıxacaq qədər həyatıma salmadım. Nə məşuqəm, nə də ikinci bir ailəm var ", - müğənni bildirib.