Rusiyanın Nijni Novqorod vilayətində evli cütlük sərxoş halda donaraq ölüb.
Lent.az yerli KİV-ə istinadla bldirir ki, hadisə Boqorodski rayonunun Şuklino kəndində baş verib. Bir neçə gün əvvəl qohumları təqaüdçülərlə telefonla əlaqə saxlaya bilmədiyindən, onların vəziyyətini yoxlamağa gedib. O, evdə iki meyit, eləcə də hər yerə səpələnmiş spirt şüşələri tapıb.
İlkin məlumata görə, həmin gün evli cütlük həddindən artıq spirtli içki qəbul edib və pəncərələri açıq yatıblar. Kişi divanda, qadın isə yerdə uzanmış vəziyyətdə tapılıb. Ehtimal olunur ki, cütlük hipotermiyadan ölüb.
Araşdırma aparılır.