Aygün Kazımova avtomobili ilə: <span style="color:red;">“Mən axtardığımı tapdım”
11 aprel 2014 10:26 (UTC +04:00)

Aygün Kazımova avtomobili ilə: “Mən axtardığımı tapdım”

Bir neçə gün sonra Türkiyəyə səfərə hazırlaşan xalq artisti Aygün Kazımovadan xəbər var. Lent.az-ın məlumatına görə, A.Kazımova növbəti fərqli layihəsi üçün kameralar qarşısına keçib: “Yeni layihəmə start verdim. Bu layihədə mənim bir devizim olacaq. "Axtardığımı tapdım". Bunun üçün isə fotoqraf Sadiq Quliyevin foto-kameraları önünə keçib, fərli üslubda fotosessiya etdirdim. Yeni proyektimin şəkillərində gördüyünüz “M” hərfi isə hələlik müəmmalı olaraq qalır. Yəqin sizdə də sual yarandı, görəsən onun axtardığı kim və nədir? İnşallah bir müddət sonra hər şey məlum olacaq”.

 

 

Qeyd edək ki, A.Kazımova yeni fotosessiyasında 99 DT 999 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilinin önündə də pozalar verib.

 

Yalçın Süleymanov

# 3542
avatar

Yalçın UĞUR

Oxşar yazılar