yuxusuzluq
17 may 2024 10:30 (UTC +04:00)

yuxusuzluq

Niyə yuxuya ehtiyacımız var? - Alimlər AÇIQLADI

Əvvəllər toksinlərdən xilas olmaq üçün yuxunun lazım olduğuna inanılırdı. Uzun müddətdir ki, beynin zərərli molekullardan xilas olmaq üçün yuxudan istifadə etdiyi düşünülürdü, lakin siçanlar üzərində aparılan əvvəlki araşdırmalar bunun əksini göstərir. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, London İmperial Kollecində (UKDRI) Britaniya Demans Tədqiqat İnstitutunun alimlərinin fikrincə, beynin toksinləri atmasına kömək etmək üçün fəaliyyət yuxudan daha yaxşı ola bilər. 

Əvvəllər beynin zərərli maddələrdən qurtulmaq üçün yuxudan istifadə etdiyi düşünülürdü, lakin elm adamları həm yuxu zamanı, həm də anesteziya altında beynin toksinlərdən qurtulma qabiliyyətinin azaldığını müəyyən ediblər. Buna görə də, yuxuda olan siçanlar, yatmayan gəmiricilərlə müqayisədə beyinlərini təmizləməkdə 30% daha az effektiv olublar. Öz növbəsində, anesteziya altında olan siçanlarda klirens nisbəti 50% azalıb.

Tədqiqatçıların fikrincə, molekulların ölçüsü müəyyən toksinlərin beyindən keçmə sürətinə və bəzi birləşmələrin müxtəlif sistemlər vasitəsilə təmizlənməsinə təsir edə bilər.

İndi alimlər onların nəticələrinin insanlarda təsdiqlənə biləcəyini müəyyən etmək istəyirlər.

Mümkündür ki, kifayət qədər yuxu almaq toksinləri təmizləməkdən başqa səbəblərə görə demans riskini azaltmağa kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3528
avatar

Arzu Qurbanlı

Oxşar yazılar