İşçiləri müqaviləsiz işlədən şirkətə AĞIR CƏZA
17 may 2024 12:00 (UTC +04:00)

İşçiləri müqaviləsiz işlədən şirkətə AĞIR CƏZA

"Asel Kredit BOKT” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Qazax rayon Prokurorluğunda araşdırma aparılıb.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qaunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 şəxsin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3021
avatar

Oxşar yazılar