Natiq Cəfərli
17 may 2024 13:55 (UTC +04:00)

Natiq Cəfərli

Partiyaya üzvlük haqqının ödənilməsi ilə bağlı YENİ TƏKLİF

Dünən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüş keçirilib. Görüşdə Mərkəzi Seçki Komissiyası, Hesablama Palatası, Maliyyə və Ədliyyə nazirliklərinin nümayəndələri iştirak ediblər.

Lent.az xəbər verir ki, bununla bağlı REAL partiyasının sədr müavini, iqtisadçı Natiq Cəfərli özünün sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, vacib məsələyə görə görüşü tez tərk etdiyi üçün təklif səsləndirə bilməyib. Lakin iqtisadçı həmin təklifi şəxsi səhifəsində bildirib.

Natiq Cəfərli siyasi partiyaların öz üzvləri hesabına maliyyələşməli olduğunu deyib və üzvlərin partiyaya aylıq ödəniş üsulunu asanlaşdırmağı təklif edib:

“Görüşdə söz alıb danışsaydım, əsasən siyasi partiyaların üzvlük haqqı məsələsini önə çəkəcəkdim, bu sahədə ciddi problemlər var. Qanun dəyişib deyə, üzvlük haqqını praktiki olaraq yığmaq mümkün deyil. Nəzəri yolları var, amma praktiki tətbiqi çox çətinləşdirilib. 

YAP-ın 2023-cü il son maliyyə hesabatında qeyd olunub ki, il ərzində üzvlərdən 29 mln. 674 min 281 manat üzvlük haqqı yığılıb. 

Son rəsmi məlumata görə YAP-ın 730 min 354 nəfər üzvü var. Deməli il ərzində hər bir üzv, ortalama, 40 manat 63 qəpik, ayda isə 3 manat 38 qəpik üzvlük haqqı ödəyib. Qanun deyir ki, üzvlər ancaq köçürmə yolu ilə, bank vasitəsi ilə ödəniş edə bilərlər. Başqa partiyanın üzvləri ayda məsələn, 2 manat ödəmək üçün gərək fiziki olaraq banka getsinlər, bütün rekvizitləri doldursunlar, şəxsi məlumatlarını təqdim edib ödənişi etsinlər. Bu çox çətin və praktiki olaraq səmərəsiz üsuldur. Amma YAP üzvləri üçün sistem qurulub. İstənilən YAP üzvünün maaşından avtomatik olaraq üzvlük haqqı tutulur və partiyanın hesabına köçürülür. Onların Banka getməsinə, bu çətin proseduralardan keçməsinə ehtiyac qalmır.

Yaxşı, tutalım, REAL üzvü öz iş yerində mühasibatlığa ərizə ilə müraciət etsə ki, hər ay mənim maaşından 2-3 manat tutun, REAL-ın rəsmi hesabına köçürün – görəsən bunu edəcəklərmi?! İnanmağım gəlmir...

Siyasi partiyaları üzv və tərəfdarları maliyyələşdirməlidir, bunu asanlaşdırmaq daha məntiqlidir. 

REAL ölkədə ilk dəfə üzvlük haqqını mobil tətbiq üzərindən ödəmək üçün online platforma hazırladı. Mərkəzi Bank və digər dövlət-hökumət qurumları tam şəffaf olan bu üsula icazə vermədi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4140
avatar

Oxşar yazılar