Qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
17 may 2024 09:10 (UTC +04:00)

Qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA

0

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, mayın 17-si saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.

Bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Şahdağ, Qrız, Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı Oğuzda 38 mm, Qəbələdə 36 mm, Şəkidə 28 mm, Qaxda 25 mm, Zaqatalada 24 mm, Balakəndə 20 mm, Yevlaxda 17 mm, Lənkəranda 16 mm, Tərtər, Astarada 14 mm, Gədəbəy, Şahbuzda 12 mm, Göygöldə 11 mm, Ağdamda 10 mm, Naxçıvanda 9 mm, Mingəçevir, Cəfərxan, Biləsuvarda 8 mm, Yardımlı, Şərur, Ağstafa, Beyləqan, Lerik, Sabirabad, Qusar, Naftalan, Tovuz, Culfa, İmişli, Neftçala, Gəncə, Göyçay, Zərdab, Şəmkir, Ceyrançöl, Ordubad, Qobustan, Altıağac, Quba, Qrız, Şahdağ, Bərdə, Daşkəsən, Kürdəmir, Şirvanda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək olub.

Mayın 16-da saat 14 radələrində Gədəbəy rayonuna xırda dənəli dolu düşüb.

Daşkəsən, Naftalan, Şəmkir, Göygöl, Gəncə, Balakən, Şamaxı, Qusar, Şahdağ, Qrız, Göyçay, Qax, Şəki, Lerikdə duman müşahidə olunub.

Şimal-qərb küləyi arabir Sədərəkdə 20 m/s, Naftalan, Mingəçevirdə 18 m/s, Gəncə, Tərtərdə 16 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 6-11, Aran rayonlarında 12, dağlıq rayonlarda 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4777

Oxşar yazılar

Azərbaycanda saatsazlar üçün məktəb niyə yoxdur?

Azərbaycanda saatsazlar üçün məktəb niyə yoxdur?

3 sentyabr 2025 , 11:51
Naxçıvanda işıq olmayacaq

Naxçıvanda işıq olmayacaq

3 sentyabr 2025 , 11:37
Masallıda 17 min ev qazsız qalacaq

Masallıda 17 min ev qazsız qalacaq

3 sentyabr 2025 , 11:23
Səhiyyə Nazirliyində yeni TƏYİNAT

Səhiyyə Nazirliyində yeni TƏYİNAT

3 sentyabr 2025 , 11:06
Bu şəhərdə qaz olmayacaq

Bu şəhərdə qaz olmayacaq

3 sentyabr 2025 , 10:25
Toy və ya nişan:  sentyabr 5 BÜRCÜN həyatını daha yaxşılığa doğru  dəyişdirəcək

Toy və ya nişan: sentyabr 5 BÜRCÜN həyatını daha yaxşılığa doğru dəyişdirəcək

3 sentyabr 2025 , 09:09
Tiktoker Xosrov həbs edildi

Tiktoker Xosrov həbs edildi

3 sentyabr 2025 , 08:54
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

3 sentyabr 2025 , 08:50