Qarın piylərindən  qurtulmağın yolu
17 may 2024 11:14 (UTC +04:00)

Qarın piylərindən qurtulmağın yolu

Alimlər pəhrizi dəyişdirərək qarın nahiyəsində olan piy yığılmalarından xilas olmağın yolunu açıqlayıblar.

Lent.az “Nature Medicine”ə istinadən xəbər verir ki, mütəxəssislər 52 yaşlı 347 obez könüllünün iştirakı ilə təcrübə aparıblar. Onlar iki qrupa bölünüblər - birinci qrup dörd ay ərzində pəhriz tövsiyələrinə əməl edib. Subyektlərin pəhrizində şirin, yağlı və süd məhsullarının nisbəti azaldılıb - onlar turşu və təzə tərəvəzlər, meyvələr, giləmeyvə, toxumlar, qoz-fındıq və yağlı balıqlarla əvəz edilib. İkinci qrup standart pəhriz yeyib, lakin sağlam qidalanma qaydalarına riayət edib. 

Təcrübə göstərir ki, birinci qrupdan olan iştirakçılar ilkin çəkilərinin orta hesabla 4,7%-ni itiriblər – onların bel çevrəsi 6,3 sm azalıb. Eyni zamanda, ikinci qrupdan olan könüllülər isə çəkilərinin cəmi 2,4%-ni itiriblər. Yəni, bel çevrələri 5,35 sm azalıb. 

Təcrübə əsasında elm adamları süd, karbohidrat və yağlı qidaların nisbətini lif (bitki qidalarından), balıq və fermentləşdirilmiş qidaların xeyrinə məhdudlaşdıran bir pəhriz tərtib ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5478
avatar

Sevinc Fərid

Oxşar yazılar