Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Lent.az oxu.az-a istinadla xəbər verir ki, dünyasını dəyişən 38 yaşlı Ramil Əsgərov Hacıqabul Rayon Post-Patrul (PPX) Xidmətinin bölük komandirinin müavini olub.
Qeyd edək ki, hadisə xidməti ərazini yoxlayarkən baş verib.
***
04:30
Mayın 17-də saat 03 radələrində Hacıqabul rayonu ərazisində “Toyota” markalı avtomobilinin hava şəraiti ilə əlaqədar yol kənarında maneəyə dəyib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az -a bildirilib ki, hadisə nəticəsində avtomobildə olan sərnişin Ramin Əsgərov həyatını itirib.
Araşdırma aparılır.