Xiyar toxumlarını  isladın   - Məhsulunuz 30 faiz artacaq
17 may 2024 14:41 (UTC +04:00)

Xiyar toxumlarını isladın - Məhsulunuz 30 faiz artacaq

Əkindən əvvəl xiyar toxumlarını müəyyən məhlulda islatmaqla məhsuldarlığı 30% artırmaq olar.

Lent.az xəbər verir ki, bunu tanınmış aqronom Anastasiya Kovrizhnux bildirib. 

Bəs, əkindən əvvəl xiyar toxumlarını necə islatmaq olar? 

Bildirilir ki, soda məhlulu xiyarın məhsuldarlığını üçdə bir artıra bilər. Bu maddə toxumların sərt qabığını yumşaldır və böyüməsini stimullaşdırır.

Bir stəkan isti suda bir çay qaşığı soda həll edin və toxumları 12-24 saat isladın. Ancaq prosesi əkindən dərhal əvvəl etmək məsləhətdir. Yəni isladan kimi toxumlar əkilməlidir. 

Qeyd edək ki, eyni prosesi pomidor üçün də etmək olar. Nəticədən razı qalacaqsınız. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2772
avatar

Sevinc Fərid

Oxşar yazılar