yumurta
17 may 2024 09:35 (UTC +04:00)

yumurta

Hər gün yumurta yemək orqanizmə necə təsir edir?

Toyuq yumurtası bir çoxlarının pəhrizində ən vacib qidalardan biridir. Hamının evində hər ehtimala qarşı soyuducuda ən azı 1-2 dənə yumurta olur. Məhsul səhər yeməyi, qəlyanaltı və ya salat üçün idealdır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, lakin müntəzəm olaraq yumurta yemək xolesterol səviyyəsini əhəmiyyətli dərəcədə artıra və ürəyin fəaliyyətini pisləşdirə biləcəyi barədə məlumatlar var.

Həftə ərzində 5-7 dənədən çox olmamaqla yumurta yemək bədənə çox zərər verməz. 

Fakt budur ki, toyuq yumurtası bir çox mütəxəssis tərəfindən mükəmməl qida məhsulu kimi tanınır. Onun tərkibi inanılmaz dərəcədə zəngin və balanslıdır.

Buna görə də, müntəzəm istifadə bütün bədən sisteminin işini normallaşdırmağa kömək edir.

Toyuq yumurtasının görünüşü yaxşılaşdırmaq üçün faydalı olduğu qeyd edilir. Məhsulun müntəzəm istifadəsi saçların uzanmasına və dərinin daha gənc qalmasına kömək edir.

Yumurta yemək həmçinin arıqlamağa kömək edir. Lakin bu vəziyyətdə məhsul yalnız qaynadılmış formada istehlak edilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 53619
avatar

Arzu Qurbanlı

Oxşar yazılar