"Tiktok" fenomeni Nia bir müddət öncə sosial şəbəkələrdə gündəm olan videosundan danışıb.
Lent.az xəbər verir ki, Nia bu haqda “Tiktok”-da açdığı canlı yayımda aydınlıq gətirib. Sözügedən görüntüləri Şəhla Həsənlinin paylaşdırdığı iddia olunub. Nia sosial mediada yayılan məlumatlara görə adı qeyd olunan Şəhla adlı xanımın müdafiəsinə qalxıb. O, Şəhla Həsənlinin bu məsələ ilə əlaqəsi olmadığını bildirib.