Əvəz Zeynallı sabah Kürdəxanıda dəfn olunacaq - YENİLƏNİB
28 sentyabr 2026 17:17 (UTC +04:00)

Əvəz Zeynallı sabah Kürdəxanıda dəfn olunacaq - YENİLƏNİB

0

Əvəz Zeynallının dəfn yeri məlum olub. 

Vəkil Rəşad Vaqifoğlu Lent.az-a bildirib ki, mərhum jurnalist sabah saat 12-də Kürdəxanı qəbiristanlığında torpağa tapşırılacaq.

***

saat 13:28

Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib.

Lent.az-ın xəbərinə görə, bu barədə məlumatı vəkil Rəşad Vaqifoğlu yayıb.

Qeyd edək ki, Əvəz Zeynallı xərçəngdən əziyyət çəkirdi.

Xatırladaq ki, Əvəz Zeynallı 1970-ci ildə Göyçə mahalının Ağbulaq kəndində dünyaya gəlib. O, 1988-ci ildə ailəsi ilə birlikdə Ermənistandan deportasiya olunub. Hərbi xidmətdən sonra Türkiyəyə gedərək Ankara Universitetinin Hüquq fakültəsində təhsil alıb.

Əvəz Zeynallı tələbəlik illərində Türkiyədə “Böyük Gələcək” jurnalını nəşr etdirib. Azərbaycana qayıtdıqdan sonra “Günaydın”, “P.S.” və “Millətin səsi” qəzetlərində çalışıb, “Vətəndaş Həmrəyliyi” qəzetinin baş redaktoru olub.

O, 2002-ci ildə “Xural” qəzetini təsis edib və uzun illər nəşrin baş redaktoru kimi fəaliyyət göstərib. Sonrakı dövrdə “Xural TV” internet kanalını yaradıb, “Siyasət Meydanı” ictimai-siyasi verilişinin müəllifi və aparıcısı olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1734

Oxşar yazılar