Rusiyanın Moskva regionunda 2000-ci illərin əvvəllərində silsilə qətllər törədən Aleksey Qaskov ömürlük azadlıqdan məhrum edilib.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, məhkəmə 51 yaşlı Qaskovu 9 gənc qadını və bir kişini öldürməkdə təqsirli bilib.
Məhkəmənin qərarına əsasən, o, cəzasını xüsusi rejimli həbsxanada çəkəcək.

İstintaq materiallarına görə, Qaskov cinayətləri 2002-ci ildən törətməyə başlayıb. Həmin vaxt o, aktyorluq təhsili almaq üçün Moskvaya gəlib. Məlumata görə, Qaskov təkcə qətllərdə deyil, həmçinin ögey qızına qarşı zorakılıqda və onu spirtli içkilərdən istifadəyə sövq etməkdə də təqsirli bilinib.
Onun saxlanılması barədə 2025-ci ilin yanvarında məlumat yayılıb. Hüquq-mühafizə orqanları illər əvvəl törədilən və açılmamış cinayətləri araşdırarkən Qaskovun izinə düşüblər.
Dindirmə zamanı kişinin cinayətləri etiraf etdiyi və qətllərlə bağlı bir sıra detalları açıqladığı bildirilir. Qaskov ifadəsində qurbanlarının sayının 100-dən çox ola biləcəyini söyləyib. Lakin istintaq hələlik onun bu qədər qətldə iştirakını sübuta yetirə bilməyib.