Qaraciyəri  təmizləyən   qidaların SİYAHISI
17 may 2024 15:47 (UTC +04:00)

Qaraciyəri təmizləyən qidaların SİYAHISI

Qaraciyəri təmizləməyə kömək edəcək və bu orqanın fəaliyyətini dəstəkləyəcək məhsulların siyahısı tərtib edilib.

Lent.az xəbər verir ki, siyahını kardioloq Olqa Bokeriya tərtib edib.

Onun sözlərinə görə, sağlam qaraciyər üçün ən azı yeddi vacib qida yemək lazımdır. Siyahıya zülal və xolinlə zəngin olan xaç ağacı tərəvəzləri, yəni kələm, kahı, arugula, ispanaq, turp, həmçinin yumurta daxildir. Bundan əlavə, pəhrizinizə hər hansı bir tumurcuq əlavə etməlisiniz - cücərmiş buğda, yulaf, noxud, həmçinin reyhan və şüyüd.

Öd ifrazını artıran çuğundur, sarımsaq və hər növ yağlı balıq qaraciyər üçün çox faydalıdır. Bunlardan əlavə, limon iltihabı azalda və qaraciyərdən yağ çıxara bilər.

Həkim xatırladıb ki, qaraciyər xüsusi bir funksiya yerinə yetirir - bu orqan karbohidratları, zülalları, yağları, hormonları, vitaminləri saxlayır, eyni zamanda steroid hormonları, dərmanlar və spirt emal edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9912
avatar

Sevinc Fərid

Oxşar yazılar