Dünyanı  radiasiya qasırğası   vuracaq: Tarix AÇIQLANDI
17 may 2024 09:09 (UTC +04:00)

Dünyanı radiasiya qasırğası vuracaq: Tarix AÇIQLANDI

ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) insanları bu həftənin sonunda planeti vuracaq radiasiya qasırğasına hazır olmaları barədə xəbərdar edib. 

Lent.az xarici mediaya istinadən radiasiya qasırğasını nə olduğunu təqdim edir.  

Kosmosda radiasiya qasırğaları Yerdən görünməzdir. Əksinə, çox vaxt yalnız nəticələr nəzərə çarpır, çünki onlar infrastrukturu zədələyə, elektrik şəbəkələrini və peykləri sıradan çıxara bilər.  

ABŞ dövlət agentliyinin Kosmik Hava Proqnozları Mərkəzi əmin edib ki, radiasiya qasırğaları insanlar üçün heç bir təhlükə yaratmır, lakin ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) bununla razılaşmır.  

NOAA-ya görə, “Günəş öz atmosferindəki yüklü hissəcikləri çox yüksək sürətlə sürətləndirdikdə, adətən tac kütləsinin atılması nəticəsində yaranan genişmiqyaslı maqnit partlayışı baş verir. Bu halda Günəş çoxlu sayda yüklü hissəciklərdən ibarət elektromaqnit şüalanma axınları yayır”.  

NOAA bildirir ki, bu emissiya Günəşdən Yerə olan 150 milyon kilometr məsafəni on dəqiqə və ya daha az müddətdə əhatə edə bilər. Xoşbəxtlikdən, əlavə edilir ki, biz Yerin maqnit sahəsi və atmosferi sayəsində bu uçan hissəciklərdən qorunmuşuq.

Hansı zərərlər verə bilər?

NOAA-ya görə, bu hissəciklər toqquşduqları obyektin dərinliyinə nüfuz edərək elektron sxemləri və ya bioloji DNT-ni zədələyə bilər.

Mütəxəssislərin fikrincə, bu həftə Yerimizə çarpması gözlənilən güclü radiasiya dalğası bəzi texnoloji pozulmalara səbəb ola bilər.

O, həmçinin günəş panelinin səmərəliliyini azalda və bortda olan elektron sxemlərə zərər verə bilər.

Bir sözlə, radiasiya qasırğasının rabitə, elektrik şəbəkələri və peyklərdə müvəqqəti nasazlıqlara səbəb olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7716
avatar

Oxşar yazılar