Yamalın atasından "Real"a növbəti "El Klassiko"da cavab VƏDİ
30 oktyabr 2025 10:14 (UTC +04:00)

Yamalın atasından "Real"a növbəti "El Klassiko"da cavab VƏDİ

0

"Barselona"nın "El Klassiko"da 2-1 hesablı məğlubiyyətindən sonra gənc Lamin Yamal zəif oyununa görə xeyli tənqid olunub. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, oyunçu özü susmağı seçib, amma atası Munir Nasraui onun adından danışıb.

O, qısa və kobud bir mesaj yazıb: "Cavab oyununda görüşənədək" və açıq şəkildə "Barselona"nın “Real”ı qəbul edərkən qisas almağı planlaşdırdığına işarə edib.

Bu jest başa düşüləndir - ata cəmi 18 yaşında olan oğlunu qoruyur. Amma azarkeşlərin qeyd etdiyi kimi, Yamalın əsas reaksiyası sosial mediada deyil, meydanda olmalıdır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar