Ancelina Coli və Bred Pitt
30 oktyabr 2025 10:29 (UTC +04:00)

Ancelina Coli və Bred Pitt

Ancelina Coli və Bred Pitt indi nəyin davasını edir? - Yenə məhkəmədədirlər

0

Bir zamanlar Hollivudun ən böyük aşiq cütlüyü sayılan ər-arvad illərdir, indi böyük bir mübahisənin içindədirlər. Ulduzlar məhkəmədə üz-üzə gələrək çoxdan yaşadıqları ayrılıqdan sonra bir-birlərindən intiqam almağa çalışmaqdan əl çəkmirlər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Bred Pitt, illərdir bitməyən məhkəmə mübarizəsində keçmiş həyat yoldaşı Ancelina Colinin şəxsi e-poçtlarını təqdim etməsini tələb edərək yenidən məhkəməyə müraciət edib.

Pitt və Coli 2022-ci ilin fevralından bəri evli olduqları dövrdə aldıqları, içində Fransız şərab zavodları, üzüm bağları və villaları olan “Chateau Miraval” üzərində mübahisə edirlər.

Bred Pitt nəhayət yenidən məhkəməyə müraciət edərək Ancelina Colinin biznes meneceri Terri Bird, britaniyalı PR mütəxəssisləri Xloi Dalton və Arminka Helik, eləcə də iki maliyyə məsləhətçisi ilə yazışmalarını məhkəməyə təqdim etməsini tələb edib.

Pitt sənədlərdə Colinin daha əvvəl öz ifadəsində Bird ilə iş və peşə həyatının “hər tərəfi” haqqında, o cümlədən hüquqi məsələlər barədə mütəmadi danışdığını qəbul etdiyini vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar