
Aktrisanın bacısından şok sözlər - QALMAQAL
Türkiyənin tanınmış aktrisası Bergüzar Korel ilə bacısı arasında olan qalmaqal yenidən böyüyüb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o qatıldığı proqramların birində bacısı ilə olan münasibətini yenidən gündəmə gətirib.
Zeynep Korel aparıcının “Uşaqlıqda bir-biriniz ilə münasibətiniz necə idi?” sualını belə cavablandırıb:
“Mən onun dünyaya gəlməsini çox istəyirdim. Doğulduğu andan ona qarşı böyük bir məsuliyyət hiss etmişəm. O, mənə “Kiçik ana" deyirdi. Onu çox sevirdim və həmişə qorumağa çalışırdım. Bergüzar məşhurlaşdıqdan sonra tamamilə fərqli bir insan oldu. Artıq onu tanımıram”.
Korel bildirib ki, açıqlamalarından sonra hamının əsl simasını tanıyıb:
"Anam bacımı daha çox sevirmiş. Onlar məni uçurumdan atdılar, sağ ikən öldürdülər. Anam hər yerdə mənə mane oldu. Hətta soruşmadı ki, bunları həqiqətən sənmi demisən?
Ətrafında olan ac göz komandaya icazə verdi ki, şəxsi həyatım haqqında yalan məlumatlar yayılsın. Məni düşünmürdülər, çox sevdikləri 'Korel' soyadına ləkə gələcəyindəmi düşünmədilər? Vicdanları varsa, həqiqətləri danışsınlar".
Oxşar yazılar

Axtarışda olan Hüseyn Həsənov Bakıda özünə ad günü keçirdi - VİDEO
6 iyun 2025 , 19:05
Türkiyənin ən yaraşıqlı aktyorları necə sənətə gəliblər?
5 iyun 2025 , 15:54
“Gombul olanda daha seksual idim” - 93 kilo verən Pelin Öztekin
5 iyun 2025 , 10:56
Məşhur aktrisa plastik əməliyyatdan sonra iflic oldu
5 iyun 2025 , 10:28
Amerikalı məşhur REPER: "Müsəlmanlar qaradərililəri zəncirdə saxlayır"
4 iyun 2025 , 19:07
"Kaş ki, başıma dollar taxmasaydım, qızıl tozlu qəhvə içməsəydim" - Dilan Polat
4 iyun 2025 , 12:48
Dünya ulduzunun Antalya EŞQİ
4 iyun 2025 , 11:24