
Aktrisa şeyxlə sevgilidir
0
0
Məşhur aktrisa Lindsi Lohan yeni eşq macərasına başlayıb.
Lent.az axşam.az-a istinadən xəbər verir ki, Lohanın sevgilisi bu dəfə Səudiyyə Ərəbistanının şeyxi Məhəmməd bin Salman al Səiddir.
"Page Six"in yazdığına görə, Məhəmməd 33 yaşlı aktrisaya hər gün bahalı hədiyyələr göndərir. Eyni zamanda şeyx ona kredit kartı yollayıb, öz şəxsi təyyarəsindən istifadə etməyə icazə verib.
Linsinin mətbuat katibi isə xəbərlərin yalan olduğunu deyib. O bildirib ki, Lohanla şahzadə bir il əvvəl "Formula 1" oyunları zamanı görüşüblər.
Qeyd edək ki, Lindsey bir il əvvəl müsahibəsində müsəlman dinini öyrəndiyini, müsəlman olmaq istədiyini açıqlamışdı. O, hətta Səudiyyə Ərəbistanı qadınlarına həsr edilən film çəkəcəyini deyib. Son iki ildə isə məşhur Dubayda yaşayıb.
Məhəmməd isə 2017-ci ildə varis təyin edilib. 2018-ci ildə "Forbes" dünyanın ən nüfuzlu şəxsləri siyahısına şeyxi də daxil edib. Məhəmməd şahzadə Cara ibn Abdulaziz al Saudla ailəlidir. Onların dörd övladı var.
0
0
Oxşar yazılar

Məşhurlar niyə bir araya gəldi? - SƏBƏB
6 sentyabr 2025 , 16:18
Arda Turanın həyat yoldaşının 5 karatlıq üzüyü - FOTO
6 sentyabr 2025 , 15:22
Dünya "Moda kralı" Armani ilə VİDALAŞIR
6 sentyabr 2025 , 12:16
Şərurlu İsfəndiyar məşhur köynəyinin qiymətini açıqladı
6 sentyabr 2025 , 11:35
Şakira heyranlarını bikinili fotoları ilə sevindirdi
5 sentyabr 2025 , 18:44
Övladı gözəl olsun deyə modeldən 50 min dollara yumurta aldı
5 sentyabr 2025 , 16:54
Məşhur siam əkizlərinin övladı oldu -FOTOLENT
5 sentyabr 2025 , 12:48