Gənc aktrisa 80 yaşlı kişi ilə evləndi
Türkiyənin televiziya kanallarından birində yayımlanan “Hayat Devam Ediyor” filmində “Çocuk gelin” rolunu canlandıran Məltəm Miraloğlu özündən 48 yaş böyük kişi ilə ailə qurub.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Məltəmin bu addımını sevənləri qınayıb.
“Çocuk gelin” rolu ilə tanınan aktrisa oynadığı filmdə 15 yaşlı qızın 70 yaşlı kişi ilə evlənməsini canlandırmışdı. O isə 80 yaşlı amerikalı iş adamı ilə ailə qurub.
Məlumata görə, o, həmin iş adamı ilə 10 gün əvvəl ailəsindən və dostlarından gizli evlənib.
2238