Türk müğənnisi Ajda Pekan Bakıda Qafqaz Universitetinin tələbələrinin tədbirində millət vəkili Qənirə Paşayeva ilə bir araya gəlib. Lent. az -ın məlumatına görə, o, həmçinin “Samanyolu” yayın qrupunun rəhbəri Hidayət Karaca ilə də görüşüb. Tədbirdə Ajda Pekana hədiyyələr bağışlanıb. Daha sonra müğənni Bakıda olmaqdan məmnunluq hissini diqqətə çatdırıb. Sonda o, avtoqraf verib və tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirib.
1663