Ailə həyatı qurmağa hazırlaşan müğənni...170 manat 37 qəpik ziyana düşdü - REPORTAJ
13 aprel 2013 11:44 (UTC +04:00)

Ailə həyatı qurmağa hazırlaşan müğənni...170 manat 37 qəpik ziyana düşdü - REPORTAJ

Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, fanatları, onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.

 

Amma onlarında asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən çox uzatdıq; qısası, bir layihəyə start verdik: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət nə qədər pul xərcləyir?

 

***

 

...Onunla görüşümüz heç vaxt alış-veriş etmədiyi bir super marketin qarşısında oldu. Söhbət əsnasında öyrənə bildim ki, bir neçə gün qabaq  bazarlıq edib və özü çox nadir hallarda alış-verişə çıxır.

 

- Bazarlıq etməklə heç aram yoxdur. Çox nadir hallarda edirəm. Çünki başım qarışıq olur, vaxt qalmır. Bazarlığı evdəkilər edir. Mən nə bilirəm ki, nə var, nə yox. Çünki evdə  çox az oluram.

 

Marketə giririk. Hər kəs təəccüblə bizə baxır. Vasif Məhərrəmli satıcıdan arabanın hansı tərəfdə olduğunu soruşur. Satıcı arabanın yerini göstərir.

 

Vasif deyir ki, öncə süd məhsulları alacam. Bölməyə yaxınlaşırıq. “Niyə məhz  süd məhsulları”-deyə, soruşuram.

-  Yalçın, heç bilmirəm ki, nə alacam, nə almayacağam. Belə, hər şeydən bir az...

 

 Kənd qatığı, 4 ədəd xama, yoğurt alıb, keçirik ət məhsulları satılan bölməyə.

 

Satıcıdan təzə mal əti istəyir.

 

Danışığından məlum olur ki, ət seçə bilmir.

- Mənə 2 kiloqram mal əti verin. Amma təzə olsun.

- Vasif müəllim, bizdə ətlər təzədir. Hər gün təzə ət gətirirlər.

 

İki kiloqram mal əti alır.

 

- Yalçın, orada kənd toyuğu görürəm. Baxaq, təzədirsə alım.

 

Satıcıdan toyuqları vitrindən çıxarmasını tələb edir.

 

Satıcı 2 ədəd toyuq çıxarır.

- Həəə, xoşuma gəldi, ikisini də alıram.

 

 

Un məmulatları satılan bölmədən 4 qutu makaron, 2 kiloqram un alıb, yaxınlaşırıq şirniyyat şöbəsinə.

 

- Vasif, şirniyyatla aran necədir?

 

- Belə də. Normal. O qədər də xoşlamıram.

 1 kiloqram konfet alıb, içkilərə keçirik.

 

- Spirtli içki almayacağam ha...

- Niyə?

- Ümumiyyətlə, içən deyiləm. Alım, desinlər ki, Vasif  içəndi, almıram.

 

Sular bölməsindən  5 litr mineral su alır.

 

- Vasif, diqqət edirəm, məhsulların keyfiyyət nişanına o qədər də fikir vermirsən...

- Doğrudur. O qədər də diqqət etmirəm. Amma hərdən istehsal tarixinə baxıram. Çünki qidalandığımız məhsulların keyfiyyətli olması əsasdır.

 

- Hansı məhsula daha çox pul xərcləyirsən?

- Bilmirəm, amma güman ki, ətə, xüsusən, toyuğa...

 

Ətriyyat bölməsindən 1 ədəd saç şampunu, tualet kağızı, camaşır tozu alır.

 

 Vəssalam, alış-verişi yekunlaşdırmağı qərara alırıq.

 

- Lazım olan nə vardısa aldım. İndi keçək əsas məsələyə, hesaba, pula

- Gördün, necə tələm-tələsik alış-veriş etdim? Düşünmürəm ki, mənim kimi tez bazarlıq edən olsun...

 


Kassir oğlan məbləği hesablayır, Vasif də pulunu sayır...

 

Onun bazarlığı nə az, nə çox, 170 manat 37 qəpiyə başa gəlir.

# 5341
avatar

Yalçın UĞUR

Oxşar yazılar