Sürücü yol polisinə bıçaq çəkdi
03 may 2024 15:19 (UTC +04:00)

Sürücü yol polisinə bıçaq çəkdi

Rusiyanın Nijni Novqorod vilayətinin Urazovka kəndində bir nəfər sürücülük vəsiqəsini əlindən aldığı üçün yüksək vəzifəli polis əməkdaşını öldürməyə cəhd edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, sürücü və dostu sərxoş halda polisin yaşadığı əraziyə daxil olublar. Dostlardan biri mayoru tapmağa çalışıb, eyni zamanda onu hədələyib. Digəri isə dostunu sakitləşdirərək ərazidən uzaqlaşdıra bilib.

Lakin polis əlavə qüvvələr çağırıb və onların ünvanına gedib. Məlum olub ki, yerli sakin əvvəllər əlindən alınmış sürücülük vəsiqəsinə görə mayoru bıçaqlamaq istəyib. Xoşbəxtlikdən qonşulardan biri küçəyə qaçaraq qışqırmağa başlayıb. 

Bu zaman patrul maşını sürətlə hadisə yerinə gəlib. Cinayətkar saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3867
avatar

Oxşar yazılar