Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov özünə müşavir təyin edib.
Lent.az xəbər verir ki, general-mayor İlqar Məmmədov nazirin əmrilə hərbi məsələlər üzrə müşaviri təyin edilib.
Qeyd edək ki, İ .Məmmədov bundan əvvəl Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsində çalışıb.