Arvadı ilə dalaşan kişini meşəyə aparıb  qəbir qazdırdı
03 may 2024 12:11 (UTC +04:00)

Arvadı ilə dalaşan kişini meşəyə aparıb qəbir qazdırdı

Rusiyanın Kirov vilayətində 36 yaşlı qadın dostunun 35 yaşlı ərini qəbiristanlığa apararaq, özünə çuxur qazmağa məcbur edib və kürəklə döyüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, polis həkimlər sayəsində hadisədən xəbər tutub. Zərərçəkmiş bildirib ki, tanımadığı şəxs ona maşına minməyi təklif edib və nəticədə şəhərin kənarına meşəyə aparıb.

Orada tanımadığı şəxs bildirib ki, kişi arvadını incidir, ona kürək verib və  özünə çuxur qazmağa məcbur edib. O, tələbi yerinə yetirdikdən sonra tanımadığı şəxs onu döyərək maşını tərk edib. Zərərçəkən insanlarla qarşılaşana qədər evə doğru təxminən yeddi kilometr piyada getməli olub.

Saxlanılan şəxs polisə deyib ki, bir gün əvvəl rəfiqəsi əri ilə münasibətlərinin pis olması ilə bağlı ona şikayət edib.

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4608
avatar

Oxşar yazılar