ABŞ-da bir qadın yuxuda qardaşının lotereyada 837 min dollar qazanacağını görüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Şimali Karolina ştatının Kannapolis şəhərində bir kişi mağazadan lotereya bileti alıb. Nəticədə o, bütün beş rəqəmi təxmin edib və 837 min dollar qazanıb.
Lotereya qalibinin sözlərinə görə, hadisədən əvvəl bacısı yuxuda görüb ki, qardaşı qızıl dağ tapıb. Amerikalı bildirib ki, qohumları onu həmişə ailənin ən şanslısı adlandırıblar.
“Əvvəlcə cekpotun 100 minə düşdüyünü gördüm və başa düşdüm ki, kimsə onu vurub. Amma heç ağlıma da gəlməzdi ki, bu mənəm”, - qalib bildirib.
Kişi baş verənlərdən şoka düşdüyünü qeyd edib. O, pulun bir hissəsini kilsənin ehtiyaclarına bağışlamağı, qalan hissəsi ilə isə borclarını ödəməyi planlaşdırır.