Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB
03 may 2024 13:06 (UTC +04:00)

Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu sosial yardımın verilməsi ilə bağlıdır.

Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? Ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin edilməsi zamanı orta aylıq gəlir hesablanarkən hansı gəlirlər çıxılır?

Lent.az xəbər verir ki, ailənin orta aylıq gəliri hesablanarkən ailənin gəlirindən aşağıdakılar çıxılır:

-vergi, sosial sığorta haqları və digər məcburi ödənişlər;

-təbii fəlakət (sel, yanğın, epidemiya, zəlzələ, torpaq sürüşməsi), müharibə və digər gözlənilməz bədbəxt hadisələr zamanı dövlət və ya işəgötürən tərəfindən ailəyə göstərilmiş yardımın məbləği (dəyəri);

-ailə üzvünə ödənilən birdəfəlik müavinətlər (uşaq doğularkən ödənilən birdəfəlik müavinət, dəfn üçün müavinət, radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün verilən müavinət);

-ailə sosial yardım üçün təkrar müraciət etdikdə ailənin gəliri hesablanan zaman əvvəlki dövr üçün ödənilən sosial yardımın məbləği.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12069
avatar

Fidan İlqar

Oxşar yazılar