“Bəzi müğənnilər özləri özlərinə efirə hədiyyə göndərtdirirlər. Sonra da deyirlər ki, adı çəkilmək istəməyən hansısa iş adamı güya bunların fanatıdır, bunlara hədiyyə göndərir. İndiki zamanda qardaş bacıya, dost dosta hədiyyə verməkdə çətinlik çəkir. Hansı iş adamıdır ki, müğənniyə hədiyyə göndərsin”.
Lent.az-ın xəbərinə görə, bunu şou proqramlardan birində müğənni Nura Suri deyib.
“İndiyə kimi efirdə olan zaman mənə hədiyyə göndərən olmayıb. Elə bir hadisə heç vaxt olmayıb. Mənə hədiyyə göndərmək istəyən efirdə niyə göndərir?", - o əlavə edib.