"Titanik" ilə səfərə çıxan sərnişinlərdən birinin məktubu Böyük Britaniyada keçirilən hərrac zamanı rekord qiymətə – 126 min avroya satılıb.
Lent.az-ın "Report"a istinadən xəbər verir ki, tədbir "Henry Aldridge & Son" hərrac evi tərəfindən təşkil olunub.
Məktub 13 aprel 1912-ci il tarixində qəza zamanı ölən birinci sinfli sərnişin Aleksandr Oskar Holverson tərəfindən gəminin aysberqlə toqquşmasından bir sutka əvvəl yazılıb. Məktub onun Nyu-Yorkda yaşayan anasına ünvanlanıb.