"Kurtlar Vadisi" serialından Çakır obrazı ilə məşhurlaşan Oktay Kaynarca həbs oluna bilər.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, aktyorun sahib olduğu şirkətin 2010-11-ci illərdə vergi saxtakarlığı etdiyi iddia olunur. Kaynarcaya 9 ildən 15 ilə qədər həbs davası açılıb.
Aktyor iddiaları rədd edərək şirkətin əsas ödəmələrini serial üçün etdiyini və bu ödəmələrin bütün çeklərinin olduğunu qeyd edib.